EN

Venesuela keçmiş naziri ABŞ-a deportasiya etdi

Venesuela hakimiyyəti ölkənin keçmiş sənaye və milli istehsalat naziri, Kolumbiya vətəndaşı Aleks Naim Saab Moranın ABŞ-a deportasiya edildiyini açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə Venesuelanın informasiya və rabitə naziri Miqel Peres tərəfindən dərc olunan bəyanatda bildirilir.

Sənəddə qeyd olunub ki, bu qərar ölkənin miqrasiya qanunvericiliyinə uyğun olaraq qəbul edilib. Venesuela rəsmiləri Saabın ABŞ ərazisində törədilmiş cinayətlərlə bağlı araşdırmalarda fiqurant olduğunu da diqqətə çatdırıblar.

Həm Kolumbiya, həm də Venesuela vətəndaşlığı olan Aleks Saab diplomatik elçi statusuna malik idi. O, ABŞ sanksiyaları şəraitində Venesuelaya ərzaq və dərman vasitələrinin tədarükü ilə bağlı xarici səfərlərdə iştirak edirdi.

2020-ci ilin iyununda Saab təyyarənin texniki enişi zamanı ABŞ-ın sorğusu əsasında Kabo-Verdedə saxlanılıb. Bir il sonra o, ABŞ-yə ekstradisiya edilib və burada ona Amerika bank sistemi vasitəsilə təxminən 350 milyon dollar mənimsənilmiş vəsaiti yumaq ittihamı irəli sürülüb.

Chosen
36
4
publika.az

10Sources