Sevgi etirafları, sürpriz mesajlar qapıdadır!
Musavat.com-un xəbərinə görə, məşhur astroloq Dinçer Güner bildirib ki, yeni münasibətə başlamaq üçün ilin ən güclü günlərindən biridir.
Astroloqun sözlərinə əsasən, Veneranın Əkizlər bürcündə, Marsın isə Qoç bürcündə hərəkət etdiyi sekstil bucağı sevgi və münasibətlər sahəsində son dərəcə müsbət təsirlər yaradır. Güner bu günü “ilin ən gözəl 4 günündən biri” kimi xarakterizə edib.

Xüsusilə subaylar üçün diqqətçəkən enerjilərin aktiv olduğunu vurğulayan Güner qeyd edib ki, bəyəndiyiniz insana hisslərinizi açmaq, ilk addımı atmaq üçün göy üzü güclü dəstək verir.
Astroloji təsirlərə görə, ünsiyyət enerjisi yüksəlir, diqqət çəkmək və qarşı tərəfdə təsir yaratmaq daha asan olur. Münasibətdə olan şəxslər üçün isə bu dövr sevgini yenidən alovlandıra bilər.
Göy üzündəki bu müsbət enerji yalnız sevgi həyatına deyil, iş və karyera sahələrinə də təsir göstərir. Xüsusilə satış, reklam, marketinq, ictimaiyyətlə əlaqələr və rəqəmsal media sahəsində çalışanlar üçün yeni fürsətlərin yarana biləcəyi vurğulanır.
Musavat.com