EN

"Avroviziya-2026" mahnı müsabiqəsinin qalibi məlum oldu

Avstriyanın paytaxtı Vyanada "Avroviziya-2026" beynəlxalq mahnı müsabiqəsinin finalı keçirilib.

 

Moderator.az xəbər verir ki, "Wiener Stadthalle" arenasının səhnəsində 25 ölkənin təmsilçiləri çıxış ediblər.

 

Müsabiqənin qalibi "Bangaranga" mahnısı ilə Bolqarıstan təmsilçisi DARA olub. Münsiflər heyəti və tamaşaçı səsverməsinin nəticələrinə əsasən, ifaçı 516 xal toplayıb.

 

İkinci yeri 343 xalla İsrail təmsilçisi Noam Bettanın "Mishel", üçüncü yeri isə 296 xalla Rumıniya təmsilçisi Aleksandra Kapitaneskunun "Choke Me" adlı mahnısı tutub.

 

Qeyd edək ki, finalda Azərbaycan özünün 12 xalını İtaliya təmsilçisinə verib. Azərbaycanın səslərini "Avroviziya-2012" iştirakçısı Səbinə Babayeva açıqlayıb.

Chosen
25
moderator.az

1Sources