EN

Bolqarıstan "Avroviziya - 2026"nın qalibi olub - Yenilənib

Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən "Avroviziya 2026” beynəlxalq mahnı müsabiqəsinin finalı başa çatıb. Bolqarıstan təmsilçisi DARA “Bangaranga” mahnısı ilə 516 xal toplayaraq yarışmanın qalibi olub.

Beləliklə, Bolqarıstan tarixində ilk dəfə “Avroviziya”nın qalibi adını qazanıb. Yarışmada ikinci yeri İsrail, üçüncü yeri isə Avstraliya tutub.

***

Avstriyanın paytaxtı Vyanada keçirilən 70-ci “Avroviziya-2026” mahnı müsabiqəsinin final mərhələsi başlayıb.

Müsabiqənin finalında 26 ölkənin nümayəndəsi çıxış edir. 

Finalda Belçika, Xorvatiya, Finlandiya, Yunanıstan, İsrail, Litva, Moldova, Polşa, Serbiya, İsveç, Albaniya, Avstraliya, Bolqarıstan, Kipr, Çexiya, Danimarka, Malta, Norveç, Rumıniya və Ukrayna yarımfinal mərhələsini keçərək iştirak hüququ qazanıblar.

Fransa, Almaniya, İspaniya, İtaliya, Böyük Britaniya və ev sahibi Avstriya isə qaydalara əsasən birbaşa finalda təmsil olunur.

 

Chosen
23
4
anews.az

10Sources