Azərbaycan Avstriyada keçirilən “Avroviziya 2026” beynəlxalq mahnı müsabiqəsinin finalında səsvermədə iştirak edib.
Ölkəmiz ən yüksək 12 xalı İtaliyaya verib.
“Avroviziya”da Azərbaycanın səslərini 2012-ci ildə eyni müsabiqədə ölkəmizi təmsil edən Əməkdar artist Səbinə Babayeva elan edib.
Ölkəmizdən digər xallar isə belə bölüşdürülüb:
10 xal - Ukrayna
8 xal - Serbiya
7 xal - Xorvatiya
6 xal - Albaniya
5 xal - Bolqarıstan
4 xal - İsrail
3 xal - Rumıniya
2 xal - Malta
1 xal - Çexiya
Qeyd edək ki, Azərbaycan təmsilçisi Jiva isə finala vəsiqə qazana bilməyib.