"Avroviziya 2026" beynəlxalq mahnı müsabiqəsinin hazırda davam edən finalında ölkələr səsvermənin nəticələrini açıqlayıblar.
Axşam.az-ın məlumatına görə, Azərbaycandan olan səsverməni 2012-ci ildə müsabiqədə ölkəmizi təmsil edən Əməkdar artist Səbinə Babayeva təqdim edib.
Azərbaycan 12 xalı İtaliyaya verib.
Digər sıralama isə belədir:
- 10 xal - Ukrayna
- 8 xal - Serbiya
- 7 xal - Xorvatiya
- 6 xal - Albaniya
- 5 xal - Bulqarstan
- 4 xal - İsrail
- 3 xal - Ruminiya
- 2 xal - Malta
- 1 xal - Çexiya
Hazırda 25 ölkə təmsilçisi qalibiyyət uğrunda mübarizə aparır.
Qeyd edək ki, bu il Azərbaycan təmsilçisi Jiva finala vəsiqə qazana bilməyib.