EN

UN-Habitat-ın icraçı direktoru Azərbaycana təşəkkürünü bildirib

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Azərbaycan hökumətinə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Yeni Şəhər Gündəliyi üzrə nazirlər görüşünün təşkilinə görə təşəkkürünü bildirib.

“İki sahil” xəbər verir ki, icraçı direktor bu barədə sessiya çərçivəsində təşkil olunan nazirlərin görüşündə bəyan edib.

“İcazə verin, WUF13-ün açılış günündə Yeni Şəhər Gündəliyi üzrə bu mühüm nazirlər görüşünün təşkilinə görə Azərbaycan hökumətinə dərin təşəkkürümü bildirməklə başlayım", – deyə UN-Habitat rəhbəri vurğulayıb.

Anaklaudia Rossbax qeyd edib ki, 2026-cı il yalnız Yeni Şəhər Gündəliyinin icrasının yekunlarının qiymətləndirilməsi mərhələsi deyil, həm də inkişafın gələcək istiqamətinin müəyyən edilməsi üçün həlledici bir andır.

Qeyd edək ki, bu gün Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) ilk günü yeni təşəbbüs kimi Azərbaycanın sədrliyi ilə Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüşlə başlayıb.

Chosen
44
5
ikisahil.az

10Sources