EN

Şrek bu kişidən ilhamlanaraq yaradılıb FOTOlar

ain.az bildirir, Milli.az portalına istinadən.

Dünyada "Fransız mələyi" ləqəbi ilə tanınan Moris Tiye həyat hekayəsi ilə yenidən gündəmə gəlib.

Milli.Az xəbər verir ki, xarici görünüşü ilə diqqət çəkən məşhur güləşçinin əslində olduqca zəngin və maraqlı həyat yaşadığı bildirilir.

1903-cü ildə dünyaya gələn Moris Tiye gənclik illərində klassik yaraşıqlı görünüşü ilə seçilib. Lakin yeniyetmə yaşlarından etibarən akromeqaliya xəstəliyi onun simasını və bədən quruluşunu dəyişməyə başlayıb.

Buna baxmayaraq, o yalnız görünüşü ilə deyil, yüksək intellekti ilə də tanınıb. Hüquq təhsili alan Tiye bir neçə xarici dil bilib, həmçinin Fransa Hərbi Dəniz Donanmasında mühəndis kimi fəaliyyət göstərib.

Onun həyatı 1937-ci ildə məşhur güləşçi Karl Pojello ilə tanışlıqdan sonra tamamilə dəyişib. Məhz bundan sonra peşəkar güləş aləminə addım atan Tiye həm Avropada, həm də ABŞ-də böyük populyarlıq qazanıb.

Təşkilatçı Pol Bouserin rəhbərliyi altında çıxış edən Maurice Tillet 1940-1942-ci illərdə AWA Ağır Çəkili Dünya Çempionu titulunu əlində saxlayıb və uzun müddət məğlubedilməz idmançı kimi tanınıb.

Onu yaxından tanıyanlar isə məşhur güləşçinin sərt görünüşünün arxasında sakit, düşüncəli və olduqca təvazökar bir insanın dayandığını deyiblər.

Sağlamlıq problemləri səbəbindən karyerasını başa vurmalı olan Tiye 1954-cü ildə vəfat edib. İllər sonra isə onun qeyri-adi üz cizgilərinin məşhur Shrek obrazına ilham verdiyi barədə iddialar yayılıb. Bu səbəbdən də onun adı bu günə qədər maraqla xatırlanır.

Hüseyn

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
21
news.milli.az

1Sources