EN

İran WUF13 də mənzil sahəsində öz təcrübələrini təqdim edəcək Məhəmməd Əli Şəfi

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İran Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində mənzil tikintisi sahəsində beynəlxalq təcrübəni öyrənmək və şəhər böhranlarının idarə edilməsi sahəsindəki öz təcrübəsini bölüşmək niyyətindədir.

Bu barədə "Report"a Tehran (İran) bələdiyyəsi sədrinin beynəlxalq əlaqələr üzrə müavini Məhəmməd Əli Şəfi bildirib.

"Məqsədimiz mənzil sahəsində digər şəhər və dövlətlərin təcrübələri ilə tanış olmaq, həmçinin qeyri-rəsmi mənzil və şəhər ərazilərinin inkişafı ilə bağlı öz yanaşmalarımızı nümayiş etdirməkdir. Biz Bakıda və regionda keçirilən tədbirlərdə iştirak edən digər şəhər və dövlətlərlə toplanmış təcrübəni mübadilə etməyə çalışırıq", - o deyib.

Şəfi həmçinin qeyd edib ki, İran mürəkkəb şəraitdə böhranların və fövqəladə halların idarə edilməsi sahəsində əhəmiyyətli təcrübəyə malikdir və bu bilikləri regionun digər şəhərlərinə ötürməyə hazırdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
21
1
azpolitika.info

2Sources