EN

ABŞ Birinci Süvari Diviziyasının hissələrini Polşaya köçürür

ABŞ

ABŞ Polşa ərazisindəki silahlı qüvvələrinin sayını artırmağa davam edir, Texasdan Birinci Süvari (zirehli tank) Diviziyasının hissələrinin köçürülməsi həyata keçirilir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Polşa Milli Təhlükəsizlik Bürosunun (prezident yanında xüsusi xidmət orqanı) direktoru Bartoş Qrodetski bəyan edib.

"Qoşunların hazırkı dəyişkən sayı Avropanın bizim hissəmizdə Amerika qüvvələrinin davam edən rotasiyası ilə bağlıdır. Rotasiyanı ABŞ-ın Texas ştatının Fort-Hudra şəhərində yerləşən Birinci Süvari Diviziyası həyata keçirir, — deyə Qrodetski 'X' sosial şəbəkəsində yazıb. Bu günə olan məlumata görə, Fort-Huddan Polşaya planlaşdırılan kontingentin 20%-dən çoxu və hərbi texnikanın təxminən 70%-i köçürülüb".

Qeyd olunur ki, ABŞ həmçinin İkinci Süvari Alayını Filzek şəhərindən çıxarmaq niyyətindədir və onu Polşaya yenidən yerləşdirə bilər. Qrodetski dəqiqləşdirib ki, Amerika hərbçiləri respublika ərazisində bir neçə əməliyyat çərçivəsində fəaliyyət göstərirlər və onların sayı 10 min nəfər civarında dəyişir.

Məryəm Quliyeva

Chosen
26
12
xalqcebhesi.az

10Sources