ain.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyədə, Azərbaycanda və dünyada ölüm səbəblərinin başında gələn ürək və damar xəstəlikləri son illərdə gənclər və hətta uşaqlar arasında da sürətlə yayılmaqdadır.
Sherg.az xəbər verir ki, mütəxəssislər erkən diaqnoz və müalicənin əhəmiyyətinə diqqət çəkərək ürək sağlamlığını qorumaq üçün 8 əsas qaydanı açıqlayıblar.
Acıbadem Universitetinin ürək-damar cərrahiyyəsi üzrə mütəxəssisləri - Prof. Dr. Cem Alhan, Prof. Dr. Şahin Şenay və kardioloq Prof. Dr. Sinan Dağdelen “Qəlbin üçün hərəkətə keç” adlı görüşdə ürək xəstəliklərinin artmasına səbəb olan riskləri müzakirə ediblər.
Mütəxəssislər bildiriblər ki, ürək xəstəliklərinin təxminən 50%-i heç bir əlamət vermədən inkişaf edir və bu səbəbdən “özümü sağlam hiss edirəm” düşüncəsi təhlükəlidir. Onlar həmçinin sosial şəbəkələrdən eşidilən “şəfalı” qarışıqların və nəzarətsiz vitamin istifadəsinin ciddi risk yarada biləcəyini vurğulayıblar.
Kardioloqların fikrincə, siqaret, şəkərli diabet, yüksək təzyiq və artıq çəki ürək-damar xəstəliklərinin əsas risk faktorlarıdır.
Həkimlər sağlam qidalanma, müntəzəm idman, duzun azaldılması, siqaretdən uzaq durmaq və ideal çəkini saxlamağın ürək sağlamlığı üçün əsas şərt olduğunu bildiriblər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.