EN

Yaponiyanın rəsmisi: Son illərdə daha tez-tez baş verən təbii fəlakətlərə qarşı infrastrukturun təkmilləşdirilməsi vacibdir

Yaponiya Yeni Şəhərsalma Proqramının prinsiplərinə uyğun olaraq inklüziv mənzil təminatı və dayanıqlı şəhər inkişafı siyasətini ardıcıl davam etdirir. Son illərdə urbanizasiya prosesinin sürətlənməsi ilə yanaşı, dünya iqlim dəyişiklikləri, təbii fəlakətlər və təhlükəsizlik riskləri kimi ciddi çağırışlarla üzləşib. Buna baxmayaraq, Yaponiya təhlükəsiz və inklüziv yaşayış mühitinin yaradılması istiqamətində fəaliyyətini davam etdirib.

Moderator.az xəbər verir ki, bu barədə Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin müşaviri Şiomi Hideyuki Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində çıxışı zamanı bildirib.

Şiomi Hideyuki bildirib ki, ölkədə yaşlılar, əlilliyi olan şəxslər və digər həssas əhali qrupları üçün mənzilə çıxış imkanlarının genişləndirilməsi və sosial dəstək mexanizmlərinin gücləndirilməsi istiqamətində tədbirlər görülür.

Şiomi Hideyuki qeyd edib ki, Yaponiya son illərdə daha tez-tez baş verən təbii fəlakətlərə qarşı dayanıqlığın artırılması məqsədilə infrastrukturun təkmilləşdirilməsi, daşqın və zəlzələ risklərinə qarşı müdafiə tədbirlərinin genişləndirilməsi üzərində çalışır.

Yaponiya rəsmisi əlavə edib ki, ölkə davamlı şəhər və regional inkişafın təşviqi, həmçinin şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi məqsədilə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə əməkdaşlığı davam etdirir.

Chosen
27
6
moderator.az

8Sources