AZ

Baş verən təbii fəlakətlərə qarşı infrastruktur TƏKMİLLƏŞDİRİLMƏLİDİR -Yaponiyanın rəsmisi

Ajans.az xəbər verir ki, bu barədə Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin müşaviri Şiomi Hideyuki Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində çıxışı zamanı bildirib. Şiomi Hideyuki bildirib ki, ölkədə yaşlılar, əlilliyi olan şəxslər və digər həssas əhali qrupları üçün mənzilə çıxış imkanlarının genişləndirilməsi və sosial dəstək mexanizmlərinin gücləndirilməsi istiqamətində tədbirlər görülür. Şiomi Hideyuki qeyd edib ki, Yaponiya son illərdə daha tez-tez baş verən təbii fəlakətlərə qarşı dayanıqlığın artırılması məqsədilə infrastrukturun təkmilləşdirilməsi, daşqın və zəlzələ risklərinə qarşı müdafiə tədbirlərinin genişləndirilməsi üzərində çalışır.

Yaponiya rəsmisi əlavə edib ki, ölkə davamlı şəhər və regional inkişafın təşviqi, həmçinin şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi məqsədilə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə əməkdaşlığı davam etdirir.

Seçilən
23
6
Ajans.az

8Mənbələr