EN

WUF13 çərçivəsində Biznes Assambleyasının sessiyası işə BAŞLAYIB

Ajans.az xəbər verir ki, qlobal media brendi “Monocle”nin baş xarici müxbiri Karlota Miqel Karreyra Rebelonun moderatorluğu ilə “Ehtimallara qarşı çalışmaq: Mənzil dəyər zəncirində özəl sektor liderliyi” mövzusunda keçirilən sessiyada adekvat mənzil təminatı ilə bağlı planlaşdırma və mənzil dəyər zəncirinin transformasiyası istiqamətində müzakirələr aparılır. Eyni zamanda, bu kritik inkişaf çağırış istiqamətində qlobal iqtisadiyyatda ictimai fəaliyyətlə yanaşı, özəl sektorun potensialına dair fikir mübadiləsi aparılır.

Qeyd edək ki, Biznes Assambleyası bu prosesə özəl kapitalın səfərbər edilməsi, risklərin aradan qaldırılması üçün strateji platforma təklif edir.

Chosen
34
4
Ajans.az

5Sources