Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nazirlərin görüşünün yekunları BMT Baş Assambleyasında Yeni Şəhər Gündəliyinin icrasına dair keçiriləcək aralıq qiymətləndirməyə təqdim olunacaq.
Onun sözlərinə görə, bugünkü toplantı nazirlərə əldə olunan irəliləyişi qiymətləndirmək, qabaqcıl təcrübələri bölüşmək və Yeni Şəhər Gündəliyinin 2036-cı ilədək icrası üçün prioritetləri müəyyənləşdirmək imkanı yaradır.
Anar Quliyev qeyd edib ki, nazirlərin görüşünün yekun sədrlik xülasəsi bu ilin iyul ayında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında keçiriləcək yüksək səviyyəli aralıq icmal prosesinə mühüm töhfə verəcək.