EN

Təcrübələr və effektiv yanaşmalar mübadilə edilməlidir - Ramatsobane Dorah Marema

Qeyri-rəsmi məskunlaşmaların, yəni "gecəqondular" adlandırdığımız ərazilərdə ciddi təhlükəsizlik problemləri yaranır.

Bunu İqlim Ədaləti Uğrunda Qadınlar, Beynəlxalq Təşkilatının prezidenti Ramatsobane Dorah Marema Bakıda keçirilən WUF13 çərçivəsində Trend-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu cür yaşayış məntəqələrinə giriş imkanları da məhdud olur:

"Yollar yoxdur, infrastruktur yoxdur, əraziyə giriş-çıxış çətindir. Həmçinin küçələrin işıqlandırması, sanitariya problemləri mövcuddur. Ümumi sanitariya qovşaqlarına getmək üçün qadınlar evdən gecə çıxmalı olurlar, nəticədə təhlükəli vəziyyət yaranır. Çünki onlar hücuma məruz qala bilərlər. Hazırda dünya sürətli urbanizasiya prosesindən keçir. İnsanlar şəhər mərkəzlərinə köçür və bu da şəhərlərdə yeni probleler yaradır. İnsanların bir çoxunun hələ də rəsmi yaşayış sahələrinə çıxışı yoxdur və buna görə də onlar bataqlıqlar, çay kənarları və buna bənzər həssas ərazilərdə məskunlaşıblar. Bütün bu problemlərin həlli üçün təcrübələr və effektiv yanaşmalar mübadilə edilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
39
1
olaylar.az

2Sources