EN

SSA-nın nümayəndəsi: Uqanda Azərbaycanın şəhərsalma sahəsindəki təcrübəsini öyrənə bilər

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirakımızın əsas məqsədi şəhərsalma və mənzil təminatı sahəsində müxtəlif ölkələrin təcrübəsini öyrənmək, uğurlu nümunələri paylaşmaq və dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün birgə həll yolları tapmaqdır.

 

Bunu Uqandanın “Shelter and Settlements Alternative” (SSA) təşkilatının proqram üzrə əməkdaşı Brian Paul Odella bildirib.

 

O deyib ki, bu tədbir müxtəlif ölkələrin təcrübəsini bölüşmək və bir-birindən öyrənmək üçün mühüm platformadır. Brian Paul Odella Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi nailiyyətləri də yüksək qiymətləndirib. “Azərbaycanda geniş yolların, piyadalar üçün əlverişli infrastrukturun yaradıldığını gördük. İnkişaf etməkdə olan ölkə kimi Uqanda bu təcrübədən öyrənə bilər. Azərbaycan bu sahədə yaxşı nümunədir”, - deyə uqandalı mütəxəssis əlavə edib.

Tarix: 17 May 2026, 14:28   
Chosen
27
2
pravda.az

3Sources