“Neftçi” Azərbaycan Premyer Liqasının 32-ci turunda “Sabah”la üz-üzə gələcək.
İdmanxeber.az-a verilən məlumata görə, “ağ-qaralar” görüşə ciddi itki ilə çıxacaq. Breno Almeyda zədələndiyi üçün bu matçda iştirakı sual altına düşüb.
Onun yerinə meydana Andrey Ştoqrin çıxacaq.
“Sabah” – “Neftçi” qarşılaşması bu gün saat 18:00-da start götürəcək.