Bakı, 17 may, AZƏRTAC
Biz sürətlə dəyişən dünyada yaşayırıq. Qeyd etməliyəm ki, şəhərlər və ölkələr ciddi çağırışlarla üzləşir.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Səudiyyə Ərəbistan nümayəndəsi Bader Şarif deyib.
O qeyd edib ki, bu çağırışlara ekologiya, bağlılıq, və büdcə problemləri daxildir.
“WUF13 ekspertləri bir araya gətirərək, onlara faydalı təklifləri irəli sürmək imkanı yaradaraq mühüm platformaya çevirilib”,- deyə o bildirib.
Operator: İlham Nadirov