EN

Bakıda WUF13-ün ilk günü başa çatdı - FOTO

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) ilk günü başa çatıb.

Forumda 182 ölkədən 40 mindən artıq iştirakçı qeydiyyatdan keçib və bu da WUF tarixində ən yüksək göstəricilərdən biri kimi dəyərləndirilir.

Mayın 22-dək davam edəcək WUF13 BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilir.

Forumun ilk günündə WUF13 çərçivəsində Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısı və nazirlərin dəyirmi masası kimi önəmli tədbirlər təşkil olunub.

Həmçinin, Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində rəsmi bayraq qaldırma mərasimi də keçirilib. Belə ki, Birləşmiş Millətlər Təşkilatının bayrağı və Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılıb.

Bundan baÅŸqa, "VÉ™tÉ™ndaÅŸ təşəbbüslÉ™ri vÉ™ vÉ™tÉ™ndaÅŸ cÉ™miyyÉ™ti təşkilatlarının assambleyası" "Qadınlar assambleyası: Gender baxımından transformativ strategiyaların birgÉ™ yaradılması", “MÉ™nzil dÉ™yÉ™r zÉ™nciri boyunca özÉ™l sektor liderliyi: ÇətinliklÉ™rÉ™ baxmayaraq nÉ™ticÉ™lÉ™rÉ™ nail olmaq” mövzusunda Biznes Assambleyası sessiyası, "YenilÉ™nmiÅŸ çoxtÉ™rÉ™fliliyi formalaÅŸdıran yerli liderlik" mövzusunda yerli vÉ™ regional hökumÉ™tlÉ™rin Ümumdünya Assambleyası, ŞəhÉ™r Rifahı üçün MÉ™nzil vÉ™ Hamı üçün İmkanlar adlı vÉ™ "Sosial inteqrasiya vÉ™ yoxsulluÄŸun aradan qaldırılması üçün mÉ™nzil" mövzusunda sessiyalar təşkil edilib.

Açıqlama verən əcnəbi iştirakçılar Bakıda keçirilən WUF13-ün davamlı inkişaf, iqlim dəyişikliklərinin urban mühitə təsiri, müasir şəhər idarəçiliyi, rəqəmsal həllər, əlçatan yaşayış və ekoloji yanaşmalar cəhətdən dünya üçün bir nümunə ola biləcəyinə inandıqlarını açıqlayıblar.

Bakı Olimpiya Stadionunda addımbaşı düzülən könüllülər isə həm media, həm iştirakçılara operativ kömək göstəriblər.

Ümumdünya Şəhərsalma Forumunun ilk günündən fotoları təqdim edirik.//Trend

Chosen
27
6
hit.az

10Sources