EN

Birləşmiş Ərəb Əmirlikləri PUA hücumlarına məruz qalıb

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Qahirə, 17 may, AZƏRTAC

Bu gün Birləşmiş Ərəb Əmirlikləri üç pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb. PUA-ların ölkənin qərb sərhədləri istiqamətindən daxil olduğu bildirilir.

AZƏRTAC Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyinin bəyanatına istinadla xəbər verir ki, hava hücumundan müdafiə qüvvələri PUA-ların ikisini uğurla zərərləşdirə bilib. Bir PUA Əbu-Dabinin Zafra bölgəsindəki Baraka Atom Elektrik Stansiyasının yaxınlığındakı elektrik generatoruna dəyib, nəticədə yanğın baş verib.

Müdafiə Nazirliyi insidentlə bağlı araşdırmaların davam etdirildiyini, hücumların mənbəyinin müəyyənləşdirilməsi istiqamətində tədbirlərin görüldüyünü bildirib. Qeyd olunub ki, araşdırmalar başa çatdıqdan sonra əlavə məlumat ictimaiyyətə təqdim ediləcək.

Nazirlikdən verilən bəyanatda vurğulanıb ki, ölkənin silahlı qüvvələri və hava hücumundan müdafiə bölmələri istənilən təhlükəyə qarşı tam hazırlıq vəziyyətindədir. Bildirilib ki, dövlətin təhlükəsizliyini və sabitliyini pozmağa yönəlmiş bütün təhdidlərin qarşısı qətiyyətlə alınacaq, milli maraqlar və strateji obyektlər etibarlı şəkildə qorunacaq.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
4
4
azertag.az

5Sources