EN

İranın gizli maliyyə sistemi: Nobitex in arxasında kim durur

Azvision saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Nobitex” faktik olaraq İranın alternativ maliyyə sistemi funkiyasını yerinə yetirir. “Sepah” və İranın Milli Bankı da onun vasitəsilə böyük həcmdə gizli maliyyə əməliyyatları həyata keçirirlər. Məsələn, 2025-ci ilin birinci yarısında İran Milli Bankının belə əməliyyatlarının həcmi 340 milyon dollar olub. Halbuki, sanksiyalar səbəbindən bankın beynəlxalq maliyyə sisteminə birbaşa çıxışı yoxdur. Blokçeyn qeydlərinin analizi göstərib ki, Tehranın aldığı silahların pulu, həmçinin regiondakı tərəfdaşlarına – məsələn, husilərə - göndərdiyi vəsaitlər “Nobitex” birjasının vasitəsilə çatdırılır. İran hakimiyyəti üçün bu platforma dünya maliyyə sisteminə çıxışın arxa qapısı rolunu oynayır. Bu qədər əvvəl “Reuters”in apardığı araşdırma göstərmişdi ki, birja İranın güc strukturları və elitası ilə sıx bağlıdır. Platformanın arxasında ölkənin nüfuzlu nəslinin nümayəndələri olan Əli və Məhəmməd Xərrazi qardaşları dayanıblar. Onlar uzun müddət kimliklərini “Ağamir” soyadının altında gizlədiblər. Xərrazi ailəsinin nümayəndələri uzun müddət ali dini liderlərin məsləhətçisi olub. Əli və Məhəmməd qardaşlarının əmisi hətta indiki rəhbər Möctəba Xameneyinin ustadlarından biridir. İranda yüksək rəhbərliyin birbaşa xeyir-duası və himayəsi olmadan belə bir biznes qurmaq mümkün deyil. İranda hətta internetin tam söndürüldüyü günlərdə belə, rejimin “ağ siyahısı”na daxil olan “Nobitex”in fəaliyyətinə davam etməsi də bunu təsdiqləyir. Qərbin maliyyə xidmətləri birjanın tranzaksiyalarını bloklaya bilmirlər. Çünki əməliyyatların əksər hissəsini sadə insanlar həyata keçirir. İranda kriptovalyuta sahəsi kifayət qədər inkişaf edib və əhali kriptiobirjada fəal şəkildə əməliyyatlar aparır. “Nobitex”in özü yaydığı açıqlamada İran hakimiyyəti ilə heç bir əlaqəsinin olmadığını və müstəqil şirkət kimi fəaliyyət göstərdiyini iddia edib. Vüsal Məmmədov

AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
27
1
azvision.az

2Sources