EN

Qorxmaz Hüseynov bu ölkədə özünə biznes qurdu - DETALLAR

“Azərsu” ASC-nin keçmiş rəhbəri Qorxmaz Hüseynov qaynı Namiq Cəbrayılovun vasitəsilə Özbəkistanda özübə biznes qurub. Q.Hüseynovun vəzifəsindən uzaqlaşdırılmasından 2 il sonra, yəni 2023-cü il avqustun 3-də N.Cəbrayılov Daşkənddə 60 faiz pay hüququ ilə "ROSWELL CAPITAL" Məhdud Məsuliyyətli Cəmiyyəti ("ROSWELL CAPITAL" masuliyati cheklangan jamiyati xorijiy korxona) təsis edib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

 

C.Həsənli bildirib ki, 4 382 307 700,00 özbək somu nizamnamə kapitalı ilə təsis edilən şirkət Daşkənddə bina tikintisi ilə məşğul olub: “Həmin ilin oktyabrında Qorxmaz Hüseynovun qaynı Azərbaycanda rəhbəri olduğu "HİDRO İNŞAAT SERVİS" MMC şirkətinin təsisçiliyi ilə  Daşkənddə daha bir şirkət  təsis edib. 22 190 960 500,00 som nizamnamə kapitalı ilə qeydiyatdan keçmiş URDC" xarici şirkət statusu ilə  ("URDC" MCHJ xorijiy korxona) yaşayış binalarının tikintisinə başlayıb”.

Tarix: 18 May 2026, 01:52   
Chosen
59
pravda.az

1Sources