EN

İsrail vətəndaşları Suriya sərhədini keçərkən saxlanılıb

BAKI, 18 may. TELEQRAF

İsrail ordusu Suriyaya qanunsuz keçid edən 10 İsrail vətəndaşını saxlayıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

Bildirilib ki, həmin şəxslər Suriya ilə sərhədi qanunsuz şəkildə keçiblər.

İsrail hərbçiləri onları yenidən ölkə ərazisinə qaytararaq saxlayıb və daha sonra polisə təhvil veriblər.

Ordu hadisəni pisləyib və Suriya sərhədinin qanunsuz keçilməsinin cinayət məsuliyyəti yaratdığını xatırladıb.

Qeyd edək ki, daha əvvəl iki İsrail hərbçisi Livanda Məryəm ananın heykəlini təhqir etdiklərinə görə həbs cəzası almışdı.

Chosen
129
teleqraf.com

1Sources