EN

Qrup rəhbəri: Üzərimizdə həm ziyarətin, həm də zəvvarlara xidmətin məsuliyyəti var

BAKI, 18 may. TELEQRAF

Bu gün Azərbaycandan növbəti zəvvar qrupları Həcc ziyarətinə yola düşür.

Teleqraf xəbər verir ki, hər təyyarədə 4 zəvvar qrupu olmaqla 180 nəfər Həcc ziyarətinə yola salınacaq.

İlk dəfə Həcc ziyarətinə yollanan Anar Məhərrəmov sevincini Teleqraf-la bölüşüb:

“Allah bizə bu il Həcc ziyarətinə getməyi qismət etdi. Əvvəllər dəfələrlə ümrə ziyarətlərində qruplar aparmışam. Amma özüm ilk dəfədir Həccə gedirəm. İllərdir arzusunda idim. Dualarımızda dövlətimiz, xalqımız, şəhidlərimiz, qazilərimiz var. Allah arzusunda olan hər kəsə qismət etsin”.

Qrup rəhbəri Hacıyev Ceyhun isə bildirib ki, bu, onun sayca on birinci Həcc ziyarətidir:

“Daha əvvəl on dəfə Həcc ziyarətində olmuşam. Ümrə ziyarətlərində isə 20 dəfədən çox qrup rəhbəri kimi iştirak etmişəm. Bu dəfə də Allah bizə qismət etdi”.

O qeyd edib ki, zəvvarlara xidmət etmək böyük məsuliyyətdir:

“Bu çox gözəl hissdir. Eyni zamanda çox məsuliyyətli işdir. Həm ziyarətin məsuliyyəti, həm də zəvvarlara xidmətin məsuliyyəti üzərimizdədir. Bunun öhdəsindən layiqincə gəlməyə çalışırıq. Ziyarətlərimizdə hər zaman xalqımıza və dövlətimizə dualar edirik”.

Chosen
99
teleqraf.com

1Sources