Ajans.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ştatın İctimai Təhlükəsizlik Nazirliyi məlumat yayıb. "Teuitsinqo bələdiyyəsində silahlı şəxslərin hücumunun qurbanları altı kişi, üç qadın və bir uşaq olub", - qurumdan dəqiqləşdiriblər.
Dövlət və federal qüvvələr cinayətkarların axtarışı üzrə əməliyyata başlayıblar.