EN

Tramp milli təhlükəsizlik komandasını Virciniyada topladı

Dünən ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik komandasının üzvləri ilə görüşündə İrana qarşı əlavə tədbirləri müzakirə edib.

Musavat.com CNN-ə istinadən xəbər verir ki, prezidentin Virciniya ştatındakı qolf klubunda keçirilən görüşdə vitse-prezident J.D.Vens, dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff və xüsusi elçi Stiv Vitkoff iştirak ediblər.

Telekanalın məlumatında qeyd olunur ki, Pentaqon Trampın sonda zərbə endirmək qərarına gələcəyi təqdirdə bir sıra hərbi planlar hazırlayıb, o cümlədən İrandakı enerji obyektlərinə və infrastrukturuna qarşı hədəfli zərbələr planlaşdırılıb.

Kanal qeyd edir ki, Tramp Hörmüz boğazının davam edən blokadasından və onun qlobal neft qiymətlərinə təsirindən məyusdur. 

Musavat.com

 

Chosen
28
musavat.com

1Sources