EN

Uğur İbrahim Altay: Şəhərsalma gündəliyində əsas məqsədimiz töhfələrin ortaya qoyulmasıdır

BAKI, 18 may. TELEQRAF

Müzakirələrdən mənzil təminatı ehtiyacının şəhərsalma gündəliyinə daxil olduğu aydındır.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin Konya vilayətinin bələdiyyə sədri Uğur İbrahim Altay WUF13 çərçivəsində keçirilən "Assambleyaların Birgə Bağlanışı" mövzusunda tədbirdə çıxışında deyib.

O bildirib ki, mənzil təminatı əhalinin sosial gücünü artırmaqdadır.

"Mənzil təminatının həyata keçirilməsi insanların gündəlik həyatında əhəmiyyət dəyişir. Rəqəmsal əlçatanlıqla eyni şeydir. Mənzil təminatı hüquqdur. Bunun üzərində məsuliyyətli çalışmaq lazımdır. Məqsədimiz maliyyələşmə və institutlaşma prosesinə ciddi təsir göstərməkdir. Əməkdaşlıq da prosesə cəlb olunmaldıır. Güclü əməkdaşlıq və koordinasiya aparılmalıdır. Şəhərsalma gündəliyində əsas məqsədimiz aktorlar olaraq töhfələrin ortaya qoyulmasıdır. Yeni şəhərsalma gündəliyinin prinsipləri 10 il qüvvədə olur və bu gündəlik genişləndirilməldiir. Problemlər üçün həll yolları ortaya qoyulmalıdır", - o vurğulayıb.

Chosen
17
teleqraf.com

1Sources