EN

Azərbaycanda maaş sistemi dəyişir? - Saatlıq əməkhaqqı ilə bağlı VACİB DETALLAR

Ölkədə minimum əmək haqqının saatlıq minimum əmək haqqı formasında tətbiq olunması bazar iqtisadiyyatı şəraitində yaranan yeni əmək münasibətlərinin tələbidir. Ənənəvi minimum əmək haqqı sistemi daha çox aylıq əmək müqaviləsi ilə çalışan işçilər üçün uyğun idi. Ancaq indi əmək bazarında frilanserlərin, qismən işləyənlərin və tam iş günü çalışmayan şəxslərin sayı artır. Bu səbəbdən əmək münasibətləri əvvəlki kimi yalnız tam ştat üzərində qurulmur. İnsanlar artıq 10 saatlıq, 30 saatlıq və ya fərqli müddətli əmək müqavilələri ilə çalışırlar. Aylıq minimum maaş isə bu münasibətləri tam şəkildə əhatə edə bilmirdi.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli Azərbaycanda minimum saatlıq əmək haqqının tətbiqi perspektivlərindən danışarkən deyib.

İqtisadçının sözlərinə görə, minimum əmək haqqı dövlətin işçilərin hüquqlarını qorumaq üçün müəyyən etdiyi əsas sosial təminat mexanizmlərindən biridir və saatlıq sistemə keçid nəzarət imkanlarını da genişləndirəcək: Dördpendirli pizza

“Dövlət bununla müəyyən edir ki, işəgötürən işçiyə müəyyən olunmuş minimum məbləğdən aşağı əmək haqqı ödəyə bilməz. Saatlıq minimum əmək haqqı Əmək Müfəttişliyi və Vergi Xidməti üçün də əmək münasibətlərinə nəzarəti daha şəffaf edəcək.

Yeni model xüsusilə tam ştatla işləməyən şəxslərin hüquqlarının qorunması baxımından əhəmiyyətlidir. Bu yanaşma həm işçilərin gəlirlərinin daha şəffaf müəyyən edilməsinə, həm də vergilərin düzgün hesablanmasına kömək edir. Tam ştat üzrə aylıq əsasda çalışan şəxslər üçün isə ciddi dəyişiklik gözlənilmir. Bu, minimum əmək haqqının azaldılması deyil, əmək bazarının yeni şərtlərinə uyğunlaşdırılmasıdır”.


Telegram kanalımız
Chosen
5
8
yenisabah.az

9Sources