EN

Çinin cənubunda güclü zəlzələ olub

Çinin cənubundakı Quançi Çjuan Muxtar Rayonunda 5,2 bal gücündə zəlzələ baş verib. Bu barədə Çin Seysmik Müşahidə Şəbəkəsi (CENC) bildirib.

Məlumatı “Anadolu” verib. 

Zəlzələnin episentri Quançi Çjuan Muxtar Rayonunun Liuzhou qraflığında olub. Çin mediasının məlumatına görə, zəlzələ nəticəsində qraflıq mərkəzində 10-dan çox bina dağılıb, yaxud ziyan görüb.

İlkin məlumatlara görə, iki nəfər həlak olub, dörd nəfər yaralanıb, bir nəfər itkin düşüb. Zəlzələdən sonra baş verə biləcək təkrar təkanlar təhlükəsi səbəbindən 7000-dən çox insanın evlərindən təxliyə edildiyi bildirilir.

Zərərin qiymətləndirilməsi məqsədilə qraflıq daxilində və ətrafında dəmir yolu xətlərində qatar xidməti dayandırılıb və bu da nəqliyyat xidmətlərində fasilələrə səbəb olub. Eyni zamanda, rabitə, elektrik enerjisi, su və qaz təchizatı xətləri normal işləyir.

P.ƏMİRCANOV
XQ

 

Chosen
4
xalqqazeti.az

1Sources