EN

“Dinamo”nun hücumçusu millimizin məşqçilərinin diqqət mərkəzində

Uzun müddətdir ki, AFFA-nın diqqət mərkəzində olan Yusuf Mehtiyev U-21 yığmamıza cəlb edilə bilər.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, artıq “Dinamo”nun (Tbilisi) hücumçusunu yığma komandamızın məşqçilər korpusu yaxından izləyir.

Həmyerlimiz müqavilə ilə Gürcüstanın tanınmış klubuna məxsus olsa da, yüksək liqada iştirak edən “Meşaxte”də icarə əsasında oynayır.

20 yaşlı hücumçu dekabrın 31-ə qədər hazırkı komandasında çıxış edəcək.

Onun U-21 yığmamızın növbəti toplanışlarına cəlb edilməsi yönündə işlər aparılır.

Mehtiyevin əvvəllər də U-17 və U-19 yığmalarımıza cəlb edilmək şansı yüksək olub. Lakin ona pasport verilməsi mümkün olmadığından yığma komandalarımızda oynaya bilməyib.

Chosen
16
sportinfo.az

1Sources