EN

2050-ci ildə yalnız bu təyyarələrdən istifadə olunacaq

Çin aviasiya sahəsində gələcəyin texnologiyası hesab olunan yeni nəsil “uçan qanad” tipli sərnişin təyyarəsinin sınaqlarını uğurla başa vurduğunu açıqlayıb.

Musavat.com xəbər verir ki, mütəxəssislər bu modelin 2050-ci ilə qədər ənənəvi sərnişin təyyarələrinin yerini ala biləcəyini bildirirlər.

Məlumata görə, yeni konsept klassik boru formalı gövdədən fərqli olaraq bütöv qanad quruluşuna malikdir. Bu dizayn sayəsində hava müqaviməti azalır, yanacaq sərfiyyatı minimuma enir və karbon emissiyası ciddi şəkildə aşağı düşür.

Çinli mühəndislər bildiriblər ki, həyata keçirilən testlər zamanı təyyarənin stabilliyi və enerji səmərəliliyi uğurla yoxlanılıb. Layihənin əsas məqsədi həm daha ekoloji, həm də daha qənaətcil hava nəqliyyatı yaratmaqdır.

Ekspertlərin sözlərinə görə, “uçan qanad” texnologiyası uzun məsafəli uçuşlarda yanacaq xərclərini əhəmiyyətli dərəcədə azalda bilər. Bundan əlavə, sərnişin salonunun daha geniş və səssiz olacağı qeyd edilir.

Aviasiya mütəxəssisləri hesab edirlər ki, Çin bu layihə ilə gələcəyin hava nəqliyyatı yarışında ABŞ və Avropa şirkətlərinə ciddi rəqibə çevrilə bilər. Yeni texnologiyanın kommersiya istifadəsinə isə qarşıdakı onilliklərdə başlanacağı gözlənilir.

Chosen
30
musavat.com

1Sources