EN

Erməni dramı dollar qarşısında möhkəmlənir: Səbəbi bəllidir

Son günlər Ermənistan dramı dollara qarşı möhkəmlənir.

Publika.az xəbər verir ki, Ermənistan Mərkəzi Bankın sədri Martin Qalstyan maliyyə, kredit və büdcə məsələləri üzrə parlament komitəsinin iclasında dramın dollara qarşı möhkəmlənməsi ilə bağlı şərh verib.

“Dramın möhkəmlənməsi Ermənistana artan maliyyə axını ilə dəstəklənir. Mərkəzi Bank valyuta bazarında müəyyən əməliyyatlar həyata keçirir. Lakin biz bunu bazar birtərəfli olduqda, tələbat olmadığı halda təklif olduqda, yəni tarazlıq pozulduqda edirik. Biz bazara müdaxilə etməyə davam edirik, amma görürük ki, axın o qədər artıb ki, məzənnəyə müəyyən təsir göstərir”, - deyə Qalstyan bildirib.

Onun sözlərinə görə, oxşar proses təkcə Ermənistanda deyil, həm də Rusiyada baş verir; avro dollara nisbətən dəyər qazanıb.

Beləliklə, onun sözlərinə görə, dramın bahalaşması xüsusilə dollarla bağlıdır. Rubl ilə müqayisədə vəziyyət nisbətən sabitdir.

Chosen
16
publika.az

1Sources