EN

İtaliyalı elmi koordinator: Şəhərsalma və mənzil siyasəti davamlı inkişaf məqsədlərinə çatmaqda mühüm əhəmiyyət kəsb edir

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 18 may, AZƏRTAC

Şəhərsalma və mənzil siyasəti qlobal miqyasda davamlı inkişaf məqsədlərinə çatmaq üçün mühüm əhəmiyyət kəsb edir.

Bunu AZƏRTAC-a açıqlaması zamanı İtaliyanın Beynəlxalq Siyasət Araşdırmaları Mərkəzinin (CeSPI) beynəlxalq əlaqələr üzrə beyin mərkəzinin elmi direktoru və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) “Yerli 2030 Koalisiyası”nın bilik və elmi şəbəkəsinin elmi koordinatoru Marko Zuppi deyib.

Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) müzakirə olunan mövzuların əhəmiyyətini xüsusi vurğulayan Marko Zuppi bildirib ki, müasir dövrdə mənzil məsələsi təkcə yaşayış təminatı ilə məhdudlaşmır.

“Əksinə bu, sosial, iqtisadi və ekoloji aspektləri özündə birləşdirən çoxşaxəli inkişaf çağırışlarının əsasını təşkil edir. Bu yanaşma ilə biz dayanıqlı inkişafın əsas problemlərinə daha sistemli şəkildə yanaşa bilərik”, – deyə o vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
18
2
azertag.az

3Sources