EN

Atanın övladını aparmaq istəyi bədbəxt hadisə ilə nəticələndi Təfərrüat

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Bakıda 30 yaşlı oğlan keçmiş arvadına xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin mayın 26-da Xəzər rayonu, Binə qəsəbəsində baş verib.Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Rauf həmin gün saat 20:00-da keçmiş arvadı Səbinənin (adlar şərtidir – red.) yaşadığı fərdi yaşayış evinə gəlib. O, 2019-cu il təvəllüdlü övladı Sənanla bir qədər oynadıqdan sonra onu özünün yaşadığı Binə qəsəbəsində yerləşən evinə aparmaq istəyib.Bu zaman Səbinə buna etiraz edib. Bu məsələ səbəbindən aralarında yaranmış mübahisə zamanı Rauf əsəbi halda evin həyətində üzərində gəzdirdiyi bıçaqla qisas alaraq cəzalandırmaq məqsədi ilə qəflətən keçmiş arvadının sifət və sağ əl nahiyələrinə vurub. İş üzrə Raufun barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. Təqsirləndirilən şəxs qismində ifadə verən Rauf ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində amnistiya aktının tətbiq edilməsini, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini istəyib.Xəzər Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə və cinayət işinin icraatına xitam verilib.Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilib.Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
23
demokrat.az

1Sources