EN

Türkiyədə “Ege dənizi”nin “Adalar dənizi” ilə əvəzlənməsi siyasi mesajdır Politoloq

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

Türkiyədə məktəb proqramında “Ege dənizi” ifadəsinin “Adalar dənizi” ilə əvəz olunması regionda geniş müzakirələr doğurub.

Gununsesi.info-ya danışan siyasi şərhçi Turan Rzayevin fikrincə, bu dəyişiklik təkcə terminoloji yenilik deyil, Ankara tərəfindən Yunanıstanla uzun illərdir davam edən ada, hava məkanı və dəniz sərhədləri mübahisələrinə verilən siyasi mesajdır.

Rzayev xatırladır ki, Türkiyə ilə Yunanıstan arasında Egey dənizi ilə bağlı gərginlik xüsusilə 1996-cı ildə Kardak (İmia) böhranı zamanı açıq qarşıdurma həddinə çatmışdı. ABŞ və NATO-nun müdaxiləsi ilə hərbi eskalasiya dayandırılsa da, problem bu günə qədər qalır.

Şərhçiyə görə, “Egey” adı yunan mifologiyası ilə əlaqələndirilsə də, bəzi türk tədqiqatçılar bunun daha qədim Anadolu köklərinə bağlı olduğunu bildirirlər. “Adalar dənizi” anlayışı isə türklərin Anadoluya gəlişindən sonra, xüsusilə dənizçi bəyliklər və Osmanlı dövründə formalaşıb.

Turan Rzayev qeyd edir ki, Ankara bu termin dəyişikliyi ilə adaların statusu və bölgədəki geosiyasi balans məsələsinə diqqət çəkir.

Onun sözlərinə görə, 1912-ci il Uşi müqaviləsi, Lozan prosesi və 1947-ci il Paris Sülh Müqaviləsindən sonra Yunanıstana verilən adalar bu gün də Türkiyə-Yunanıstan münasibətlərində əsas mübahisə mövzularındandır.

Rzayev hesab edir ki, Türkiyə yaxın perspektivdə bu məsələni hərbi yolla deyil, diplomatik təzyiq, beynəlxalq hüquq və siyasi strategiya vasitəsilə gündəmdə saxlayacaq.

Onun fikrincə, Ankara mövcud beynəlxalq böhranlar fonunda regiondakı strateji çəkisini artıraraq “Adalar dənizi” məsələsində daha fəal siyasət yürüdə bilər.

Orxan

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
14
icma.az

1Sources