EN

Prezident: Hökumətimizin qarşısında duran əsas vəzifələrdən biri Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasıdır

Hazırda hökumətimizin qarşısında duran əsas vəzifələrdən biri Ermənistanın 30 illik işğalı altında olmuş və tamamilə dağıdılmış Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasıdır.

AzNews.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyasının (WUF13) açılış mərasimində Prezident İlham Əliyev bildirib.

“Beynəlxalq müşahidəçilər və qonaqlar, məsələn, Ağdam şəhərini Hiroşima ilə müqayisə edərək onu “Qafqazın Hiroşiması” adlandırırdılar. Çünki bu şəhər faktiki olaraq mövcud deyildi.

Chosen
8
3
aznews.az

10Sources