EN

Emin Əmrullayev Böyük Britaniyada təhsil alan Dövlət Proqramı tələbələri ilə görüşüb

Elm və Təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Təhsil Forumunda iştirak etmək məqsədilə Londona işgüzar səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, səfər çərçivəsində 2022–2028-ci illəri əhatə edən Dövlət Proqramı üzrə Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib. Görüşdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov da iştirak edib.

Müzakirələr zamanı Dövlət Proqramının gələcək perspektivləri, beynəlxalq təhsil təcrübəsinin insan kapitalının inkişafına töhfəsi və məzunların Azərbaycanın elm, təhsil və innovasiya ekosistemində rolu ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Emin Əmrullayev çıxışında xaricdə təhsil alan azərbaycanlı gənclərin əldə etdikləri bilik və bacarıqların ölkənin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıdığını bildirib. O, tələbələrin akademik fəaliyyəti, gələcək planları və qarşılaşdıqları çətinliklərlə maraqlanıb, onları akademik və peşəkar inkişafda daha fəal olmağa çağırıb.

Görüş qarşılıqlı müzakirə şəraitində davam edib, tələbələrin sualları cavablandırılıb, fikir və təklifləri dinlənilib, həmçinin məzun olduqdan sonra Azərbaycanda mövcud karyera və iş imkanları barədə fikir mübadiləsi aparılıb.

Chosen
2
16
bakivaxti.az

10Sources