AZ

Emin Əmrullayev Böyük Britaniyada təhsil alan tələbələrlə görüşüb

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Təhsil Forumunda iştirak məqsədilə Londonda işgüzar səfərdədir..

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində 2022–2028-ci illər üçün Dövlət Proqramı üzrə Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib. Görüşdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov da iştirak edib.

Görüş zamanı Dövlət Proqramının perspektivləri, beynəlxalq təhsil təcrübəsinin insan kapitalının inkişafına töhfəsi, eləcə də məzunların ölkənin elm, təhsil və innovasiya ekosistemində rolu ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Emin Əmrullayev xaricdə təhsil alan azərbaycanlı gənclərin əldə etdikləri bilik və bacarıqların ölkənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Nazir tələbələrin akademik fəaliyyəti, gələcək planları və qarşılaşdıqları məsələlərlə maraqlanıb, onları akademik və peşəkar inkişaf istiqamətində fəal olmağa təşviq edib.

Qarşılıqlı müzakirə şəraitində keçən görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb, fikir və təklifləri dinlənilib, həmçinin onların təhsillərini başa vurduqdan sonra Azərbaycanda mövcud karyera və iş imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Poliqon.info

Seçilən
1
16
poliqon.info

10Mənbələr