EN

Bakıya yağan aramsız yağışın səbəbi bu imiş Açıqlandı

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ötən gün Bakıda müşahidə olunan güclü yağış paytaxtda yenidən bəzi çətinliklərə səbəb olub. Nəticədə bir sıra küçə və prospektlər su altında qalıb, bəzi ərazilərdə isə avtomobillərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Qeyd edək ki, mart və aprel aylarında da Bakıda intensiv yağıntılar müşahidə olunmuş, bir çox ərazilərdə oxşar vəziyyət yaranmışdı. May ayında ölkə üzrə havanın qeyri-sabit keçməsi, bəzi bölgələrdə hətta qış havasının hiss olunması ictimai maraq doğurub. İqlimdə baş verən dəyişikliklərin səbəbləri və qarşıdakı dövrdə hava şəraiti ilə bağlı proqnozlar isə gündəmin əsas mövzularındandır.

Bəs may ayında qış ab-havasının hiss edilməsinin səbəbi nədir?

Məsələ ilə bağlı danışan Elm və Təhsil Nazirliyi nəzdində Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev bildirib ki, Azərbaycanda müşahidə olunan intensiv yağıntılar və hava dəyişiklikləri təbiətdə baş verən uzunmüddətli iqlim dövrləri ilə əlaqədardır.

Onun sözlərinə görə, tarix boyu quraqlıq və yağıntılı dövrlər növbələşərək təxminən 30–45 illik mərhələlərlə davam edib:

“Vaxtilə uzunmüddətli quraqlıq illəri olub, daha sonra isə yağıntılı dövrlər başlayıb. Elə illər yaşanıb ki, qar o qədər çox yağıb ki, insanlar hərəkət etməkdə çətinlik çəkiblər. Təbiətdə dövrlülük qanunu var və bu proseslər müəyyən mərhələlərlə təkrarlanır”.

Ənvər Əliyev qeyd edib ki, hazırda Azərbaycanda quraqlıq dövrünün başa çatdığı və yağıntılı mərhələnin başladığı müşahidə olunur:

“Ölkəyə əsasən qərb istiqamətindən, Atlantik okeanı və Aralıq dənizi hövzəsi üzərindən gələn rütubətli hava kütlələri güclü yağıntılar gətirir. Azərbaycana daxil olan hava kütlələrinin əsas hissəsi qərb və şimal istiqamətlərindən gəlir. Bu hava axınları xüsusilə yazın sonu və yayın əvvəlində intensiv yağıntılara səbəb olur. Hazırda müşahidə olunan proseslər də tarixi və təbii iqlim dəyişikliklərinin bir hissəsidir”.

Mütəxəssis bildirib ki, Bakı yarımsəhra və quraq iqlim qurşağına aid olsa da, bəzi dövrlərdə normadan artıq yağıntılar müşahidə oluna bilər:

“Bakı üçün illik yağıntı norması təxminən 300–320 mm-dir. Lakin müəyyən illərdə bu göstərici daha yüksək olur. Gürcüstan ərazisindən və Qafqazın qərb hissəsindən daxil olan rütubətli hava axınları ölkədə güclü yağışlara səbəb olur. Qarşıdakı illərdə də yağıntılı dövrün davam etməsi mümkündür”.

Onun sözlərinə görə, bu proses Xəzər dənizinin səviyyəsinə də təsir göstərə bilər:

“Yağıntılı dövr davam edərsə, Xəzər dənizinin səviyyəsində tədricən artım müşahidə oluna bilər. Hazırda şimal hissələrdə çəkilmə qeydə alınsa da, cənub hissəsində suyun artımı artıq hiss olunur”./news24.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
22
1
avtosfer.az

2Sources