“Qalatasaray”ın qış transfer dövründə “Napoli”dən icarəyə götürdüyü Noa Lang komandadan ayrılıb.
QOL.az xəbər verir ki, bu barəfə niderlandlı futbolçu sosial şəbəkə hesabında paylaşım edib. O, mesaj paylaşaraq “Qalatasaray” azarkeşləri ilə vidalaşıb.
Qeyd edək ki, 25 yaşlı futbolçu yarım mövsüm ərzində “Qalatasaray” forması ilə 19 oyuna çıxıb. O, bu matçlarda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.