EN

Böyük Qayıdış proqramı çərçivəsində Laçında ekoloji maarifləndirici görüşlər keçirilib

Böyük Qayıdış proqramı çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinin əməkdaşları tərəfindən Laçın rayonunun məktəblərində növbəti ekoloji maarifləndirici görüşlər təşkil olunub.

Laçın şəhər 2 nömrəli tam orta məktəbdə və Zabux kənd tam orta məktəbində keçirilən görüşlər zamanı şagirdlərə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ekosistemin bərpası, “yaşıl şəhər” və “ağıllı kənd” konsepsiyalarının əhəmiyyəti, həmçinin gənclərin ekoloji təşəbbüslərdə fəal iştirakının vacibliyi barədə ətraflı məlumat verilib.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən tədbirlərin əsas məqsədi məktəblilər arasında ekoloji düşüncə tərzinin formalaşdırılması, ətraf mühitə məsuliyyətli münasibətin təşviqi və təbiətin qorunmasına marağın artırılmasıdır.


Chosen
26
ekologiya.az

1Sources