EN

Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa edilir? - RƏSMİ

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (ADY) Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı danışıqlar aparır.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, müvafiq tapşırığa əsasən, Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı ADY tərəfindən "Gürcüstan Dəmir Yolları" SC ilə işçi qaydada texniki və təşkilati məsələlərə dair müzakirələr davam etdirilir.

"Cebheinfo.az" 

Chosen
32
9
cebheinfo.az

10Sources