EN

ABŞ bu gün İrana zərbə endirəcək?

ABŞ Prezidenti Donald Tramp Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-nin xahişi ilə İrana mayın 19-da zərbə endirmə planlarından imtina edib.

Publika.az xəbər verir ki, o, bu barədə "Truth Social"da yazıb.

Trampın sözlərinə görə, Qətər Əmiri Təmim bin Həməd Al Tani, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud və BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ona müraciət edərək hücumu planını dayandırmağı xahiş ediblər.

Onlar hazırda ciddi danışıqlar aparıldığını bildiriblər:

"Böyük liderlər və müttəfiqlər kimi, onların fikrincə, həm ABŞ, həm də bütün Yaxın Şərq ölkələri və onun hüdudlarından kənardakılar üçün tamamilə məqbul olacaq bir razılaşma əldə ediləcək".

Chosen
46
22
publika.az

10Sources