EN

"Qarabağ" və "Sabah"matçlarının vaxtı açıqlandı

Peşəkar Futbol Liqasından Ajans.az-a verilən məlumata görə, klubların müraciəti, müvafiq stadionların razılığı, son tur öncəsi oyunların turnir cədvəlinə idman prinsipləri baxımından təsir etməməsi, klubların avrokuboklara idman və texniki baxımdan daha yaxşı hazırlaşması məqsədilə bəzi oyunların yeri dəyişdirilib. Belə ki, "Kəpəz" "Neftçi"ni Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, "Turan Tovuz" isə "Sabah"ı "Bank Respublika Arena"da qəbul edəcək. Daha əvvəl Gəncə kollektivi rəqiblərini Yevlax şəhər stadionunda, tovuzlular isə Tovuz şəhər stadionunda qəbul edib. Azərbaycan Premyer Liqası III dövrə, XXXIII tur 21 may 18:30. "Qəbələ" – "Şamaxı" Qəbələ şəhər stadionu 22 may 17:00. "Turan Tovuz" – "Sabah" "Bank Respublika Arena" 19:30. "Sumqayıt" – "Qarabağ" Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu 23 may 15:00. "Kəpəz" – "Neftçi" Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu 19:00. "Araz-Naxçıvan" – "Zirə" "SOCAR Polymer Arena" 24 may 16:00. "İmişli" – "Karvan Yevlax"

Quba Olimpiya İdman Kompleksinin stadionu

Chosen
30
11
Ajans.az

10Sources