EN

"Türkiyə ilə inteqrasiya Aİ üçün böyük zərurətə çevrilib"

Türkiyənin xarici işlər naziri Hakan Fidan Berlində almaniyalı həmkarı Yohann Vadefulla birgə mətbuat konfransında bəyan edib ki, rəsmi Ankara ilə dərinləşdirilmiş inteqrasiya Avropa İttifaqı (Aİ) üçün strateji zərurətə çevrilib. "Anadolu Ajansı"nın məlumatına görə, türkiyəli nazir bəyan edib ki, ilk və ən konkret addım isə Aİ Gömrük İttifaqının yenilənməsi olacaq.

Almaniyalı nazir Y. Vadeful isə qeyd edib ki, Türkiyə bu gərgin dünyada məsuliyyət daşıdığını təsirli bir şəkildə ortaya qoyur. Ankarada keçiriləcək NATO sammiti Türkiyəni ittifaqın möhkəmlənməsi baxımından önəmli mövqeyə gətirir.

Mətləb

Chosen
32
2
sia.az

10Sources