EN

Bu içki marketlərdən yığışdırılır — Tərkibində spirt aşkarlandı

Alkoqolsuz içki adı altında satılan bəzi içkilərin tərkibində spirt aşkarlanması etiraz doğurub.

Almaniyada tanınmış zavod istehsalatda texniki səhv edərək spirtli içkiləri səhvən ziyansız və alkoqolsuz etiketlə satıb, indi isə həmin malları mağazalardan geri yığır.

"Kulmbacher Brauerei AG" şirkəti etiketlənmədə ciddi xətaya yol verildiyini təsdiqləyərək həmin məhsulların ticarət şəbəkələrindən dərhal geri çağırıldığını elan edib. Alıcıların müraciətləri əsasında gerçəkləşən yoxlamalar zamanı təmiz içki kimi təqdim olunan mayenin tərkibində spirt elementləri qeydə alınıb.

Mövcud vəziyyət xüsusilə azyaşlılar, hamilələr və səhhətinə görə spirtdən uzaq durmalı olan şəxslər üçün real risk mənbəyi hesab edilir. Müəssisə rəhbərliyi nasazlığın qablaşdırma və istehsalat zəncirindəki texniki yanlışlıqdan qaynaqlandığını etiraf edib.

Hazırda zay məhsulların piştaxtalardan kənarlaşdırılması və əhalidən toplanması prosesinə başlanılıb. İstehlakçılara rəsmi partiya nömrələrinə mütləq nəzər yetirmək və şübhə doğuran qutulardan imtina etmək barədə çağırış edilib.

Hadisənin təfərrüatları araşdırılır.//Demokrat.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
24
2
olaylar.az

3Sources