EN

XTQ-nin bölmələrində inspeksiya yoxlaması təşkil olunub

XTQ-nin

İlhamə

Müəllif

İlhamə Vəliqızı

Cari il üçün təsdiq olunmuş hazırlıq planına uyğun olaraq, Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyası tərəfindən Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) N hərbi hissəsində inspeksiya yoxlaması keçirilib.Müdafiə Nazirliyindən Ulusum.az-a verilən məlumata görə, əvvəlcə yoxlamanın başlanması münasibətilə Döyüş bayrağı sıra meydanına gətirilib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni səsləndirilib.Şəxsi heyətə və maddi-tədris bazasına keçirilən sıra baxışı hərbi qulluqçuların tribuna önündən təntənəli keçidi ilə sona çatıb.Yoxlama zamanı silah və texnikanın, maddi-texniki təminat vasitələrinin varlığı və vəziyyəti yoxlanılıb. Həmçinin bölmələrin ərazidə operativ-taktiki və qərargah fəaliyyətləri qiymətləndirilib.Eyni zamanda, hərbi qulluqçuların fiziki və atəş hazırlıqlarının yoxlanılması məqsədilə onlardan fərdi qaydada normativlər qəbul edilib.İnspeksiya yoxlamasının sonunda hərbi qulluqçuların nəzəri və praktiki bilik və bacarıqlarının təkmilləşdirilməsi, xidmətin müasir tələblər çərçivəsində təşkili istiqamətində aidiyyəti şəxslərə müvafiq tövsiyələr verilib.

Diqqət Çəkənlər

Mehriban Əliyeva WUF13-ün açılış mərasimindən paylaşım edib

WUF13 “Urban Expo” sərgisinin açılışı olub

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilib Prezident İlham Əliyev çıxış edib

Chosen
6
17
ulusum.az

10Sources