Mayın 22-də tanınmış şair, publisist, Əməkdar jurnalist Əbülfət Mədətoğlunun Gəncə şəhər Mərkəzi kitabxanasında oxucularla görüşü keçiriləcək.
Adalet.az xəbər verir ki, tədbirdə şairin yaradıcılığından söhbət açılacaq, Ə.Mədətoğlu yeni şeirlərini oxuyacaqdır.