

Müəllif
İlhamə Vəliqızı
Londonda keçirilən Dünya Təhsil Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev ilə "Google" şirkətinin "Google for Education" üzrə regional direktoru Kolin Marson arasında görüş baş tutub.Ulusum.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.Görüş zamanı məktəblərdə rəqəmsal ekosistemin inkişafı, təhsil müəssisələrində bulud texnologiyalarının tətbiqi, müəllim və şagirdlər üçün innovativ onlayn alətlərdən istifadənin genişləndirilməsi, eləcə də süni intellekt əsaslı həllərin tədris prosesinə inteqrasiyası məsələləri ətrafında müzakirələr aparılıb.Həmçinin "Google" şirkətinin Azərbaycanda təhsil sahəsində həyata keçirdiyi layihələr diqqətə çatdırılıb. Bildirilib ki, "Rəqəmsal məktəb"də tətbiq olunan "Google for Education" alətləri bir sıra təhsil müəssisələrində tədris imkanlarının genişləndirilməsinə töhfə verib.
Diqqət Çəkənlər
Mehriban Əliyeva WUF13-ün açılış mərasimindən paylaşım edib
WUF13 “Urban Expo” sərgisinin açılışı olub
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilib Prezident İlham Əliyev çıxış edib